Yunis Hüseynov polşalı jurnalistlərin əhatəsinə düşdü
24.07.2012 - 13:44
Yunis Hüseynov polşalı jurnalistlərin əhatəsinə düşdü
Ölkəmizi Avroliqada təmsil edən “Xəzər Lənkəran” bu gün səhər saatlarında Polşaya yollanıb. Apasport.az saytının məlumatına görə, “ağ-yaşıllar” turnirin II təsnifat mərhələsində rəqibi olan “Lex”in təmsil etdiyi Poznana az öncə çatıb.

Hava limanında komandanı vitse-prezident Tuyqun Nadirov qarşılayıb. Bundan başqa 10-dək polşalı jurnalist “Xəzər Lənkəran”ı qarşılayaraq, baş məşqçi Yunis Hüseynov və futbolçulardan müsahibə alıblar.

Komandanın bu gün axşam saatlarında məşqi nəzərdə tutulub.

Qeyd edək ki, “Xəzər Lənkəran”ın dünən Polşaya yollanmağı nəzərdə tutulsa da, çarter reysindəki gecikmə üzündən səfər bu günə qalmışdı.