“Lex”də -5
24.07.2012 - 14:27
Avropa Liqasının II təsnifat mərhələsində “Xəzər Lənkəran”ın rəqibi olan Polşanın “Lex” klubu 5 futbolçu ilə yollarını ayırıb. Apasport.az saytının məlumatına görə, Poznan təmsilçisi 4 oyunçusunu başqa klublara icarəyə verməyi lazım bilib. Dha 1 futbolçu ilə isə müqavilə pozulub. Qapıçılar Jerar Bieşadah və Karel Şimanski, hücumçu İqor Yurqa, müdafiəçi Miloş Filipyak qarşıdakı mövsümü başqa komandalarda keçirəcək. 20 yaşlı yarımmüdafiəçi Tomaş Kovalçuk isə ümumiyyətlə klubdan kənarlaşdırılıb.
0
0