Rəqiblərimiz “Lujniki”də
24.07.2012 - 14:42
DÇ-2014-ün seçmə mərhələsində millimizin mübarizə aparacağı F qrupunda daha bir oyunun başlanma saatı və keçiriləcəyi stadion müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Rusiya və Portuqaliya milli komandaları oktyabrın 12-də Moskvadakı "Lujniki" stadionunda qarşılaşacaqlar. Matç yerli vaxtla saat 19:00-da (Bakı vaxtı ilə saat 20:00-da) başlayacaq.
0
0