Kaxaber Sxadadze Tripolidə media önünə çıxacaq
24.07.2012 - 15:57
UEFA Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyunu öncəsi “Asteras” və “İnter” klublarının baş məşqçilərinin iştirakı ilə mətbuat konfransı keçiriləcək. Apasport.az saytının məlumatına görə, iyulun 25-də baş tutacaq konfransda KİV nümayəndələrinin qarşısına ilk olaraq Tripoli təmsilçisinin çalışdırıcısı Sakis Tsiolis çıxacaq. O, yerli vaxtla saat 19:00-da (Bakı vaxtı ilə saat 22:00) jurnalistlərin suallarını cavablandıracaq.
Yarım saat sonra isə “İnter”in baş məşqçisi Kaxaber Sxadadze media önünə çıxacaq.
Qeyd edək ki, qarşılaşma iyulun 26-da olacaq. Bakıda keçirilən ilk matç isə 1:1 hesabı ilə yekunlaşıb.
Yarım saat sonra isə “İnter”in baş məşqçisi Kaxaber Sxadadze media önünə çıxacaq.
Qeyd edək ki, qarşılaşma iyulun 26-da olacaq. Bakıda keçirilən ilk matç isə 1:1 hesabı ilə yekunlaşıb.
0
0