Jasmin Buriç: “Xəzər Lənkəran”ın gücü hücumdadır
24.07.2012 - 16:25
Jasmin Buriç: “Xəzər Lənkəran”ın gücü hücumdadır
“Xəzər Lənkəran”la oyunda cinahlarda ehtiyatlı olmalıyıq. Sol cinahda Adrian Pit çox güclüdür. Sağda oynayan afrikalı hücumçudan da çəkinməyə dəyər”. Apasport.az saytının məlumatına görə, bu sözləri Polşanın “Lex” klubunun futbolçusu Jasmin Buriç deyib.

O, Avropa Liqasının II təsnifat mərhələsinin “Xəzər Lənkəran”la cavab oyunu ərəfəsində rəqibi dəyərləndirib: “Lakin ümid edirəm ki, mərhələ keçən biz olacağıq. Çünki “Xəzər Lənkəran”ın güclü cəhətləri olduğu kimi zəif tərəfləri də var. Bu ilk növbədə müdafiə olunmaq bacarığıdır. Hücumda nə qədər güclü olsalar da arxa xətdə bir o qədər səhvlər buraxırlar. Bizim komanda daha balanslaşmış heyətə malikdir. “Xəzər Lənkəran”ın böyük potensialı var. Onların gücü hücumdadır. Bizim şansımız isə onların arxa xəttindəki zəiflikdir”