“Xəzər Lənkəran” üçün AVRO-2012-nin 3 oyununun keçirildiyi məkan
24.07.2012 - 17:03
“Xəzər Lənkəran” klubunun Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyununu keçirəcəyi Poznan şəhər stadionu zəngin tarixə malikdir. Apasport.az saytının məlumatına görə, tam adı “Municipal Stadium in Poznan” olan arena 12 ilə tikilib.
İnşası 1968-ci ildə başlayan stadionun açılışı yalnız 1980-ci il avqustun 23-də gerçəkləşib. Həmin oyunda “Lex” 18 min tamaşaçı qarşısına çıxıb. 6 ildən sonra stadionda süni işıqlandırma sistemi quraşdırılıb. Bu sistemli ilk oyun Polşa və Yunanıstan yığmaları arasında keçirilib və meydan sahibləri 2:1 hesabı ilə qalib gəlib. Elə stadionda elektron tablonun quraşdırılması da həmin ərəfəyə təsadfü edib.
Hazırda 43269 tamaşaçı tutumuna malik arena 1986-cı ildə keçirilən “Lex” – “Vidzev” görüşündə rekord qeydə alınıb. Həmin vaxt 40 min tutuma malik stadionda 45 min tamaşaçı olub.
2003-cü ilin ortalarında isə stadionda yenidənqurma işləri başlayıb. Arena yalnız 2010-cu ildə əsaslı təmirdən çıxıb. Bu işlər AVRO-2012-yə hazırlıq məqsədi daşıyıb. Bu ayın ilk günü başa çatan yarışa hazır olan ilk Polşa stadionu da məhz Poznandakı arena olub.
AVRO-2012-də C qrupunun oyunlarını qəbul edən 2 stadiondan biri Poznandakı arena olub. Burada qrupun 3 matçı keçirilib. İyunun 10-da Xorvatiya, 18-də İtaliya İrlandiyanı müvafiq olaraq 3:1 və 2:0 hesabı ilə məğlub edib. Ayın 14-də bu 2 komanda arasında baş tutan matç isə 1:1 hesabı ilə başa çatıb.
Meydanının ölçüləri 105x68-ə olan stadionda “Lex”lə yanaşı Poznanın aşağı dəstə təmsilçisi “Varta” da çıxış edir.

0
0