“Neftçi” İsrailə gedir
24.07.2012 - 22:23
Çempionlar Liqasının II təsnifat mərhələsinin bəzi oyunları artıq başa çatıb. Apasport.az saytının məlumatına görə, Bakının “Neftçi” klubunun III təsnifat mərhələsindəki potensial rəqibinin müəyyənləşdiyi oyun da yekunlaşıb.
İsraildə Kiryat-Şimona “Hapoel”i ilə Slovakiya “Jilina”sının oyununda “Neftçi”nin rəqibi müəyyənləşib. İlk oyunda 1:0 hesabı ilə qalib gələn “Jilina” cavab oyununda bu üstünlüyü qorumağı bacarmayıb. İsraillilər 2:0 hesabı ilə qalib gəlib.
Bununla da bu dəqiqələrdə davam edən “Zestafoni” – “Neftçi” cütünün qalibi “Hapoel”. ilə qarşılaşacaq. Həmin cütdə isə “Neftçi”nin mərhələ keçəcəyi şübhə doğurmur.

0
0