Sadıq Sadıqov: Hətta şəkərim də qalxdı
25.07.2012 - 00:55
Sadıq Sadıqov: Hətta şəkərim də qalxdı
"Komandama çox inanırdım. Özüm də futbolçulara dəstək olmaq üçün bura gəlmişdim”. Apasport.az saytının xəbərinə görə, bunu “Neftçi”nin prezidenti Sadıq Sadıqov “Zestafoni”yə qarşı keçirilən Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin cavab qarşılaşmasından (2:2) sonra deyib.

O, təkrar görüşün çətin keçdiyini bildirib: “Rəqib elə də zəif deyildi. İlk dəqiqələrdən üstünlüyü ələ alıb iki qol vurdular. Ancaq komandamız ruhdan düşmədi, cəsarət, əzm nümayiş etdirib hesabı bərabərləşdirdi.

Açığı mən də çox həyəcanlandım, hətta şəkərim də qalxdı. Şükür Allaha, hər şey yaxşı qurtardı. Növbəti mərhələyə gəlincə, qismət Allahındı, bunu bir dəfə də demişəm. Mən öz komandama çox inanıram. Bura gəlib bizə dəstək olan azarkeşlərə və jurnalistlərə də təşəkkürümü bildirirəm".