Georgi Çiaberaşvili: “Neftçi” bizdən güclü olduğundan, növbəti mərhələyə çıxdı
25.07.2012 - 09:09
“Onu deyə bilərəm ki, “Neftçi” ilə oyunda güclü tərəf qalib gəldi. Mən rəqibi növbəti mərhələyə çıxmaq münasibətilə təbrik edirəm”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Gürcüstanın “Zestafoni” klubunun baş məşqçisi Georgi Çiaberaşvili deyib. Çempionlar Liqasının II təsnifat mərhələsinin “Neftçi” ilə evdəki cavab oyununda 2:2 hesablı bərabərliyə qalan Gürcüstan çempionu mübarizəni dayandırmalı oldu.
Çiaberaşvili postundan getmək haqda düşünmür: “Çünki güclü komandaya uduzmuşuq. Mən məğlubiyyətin səbəbləri haqda danışmaq istəmirəm. Fakt odur ki, biz mübarizəni dayandırmışıq. Biz də növbəti mərhələyə çıxmaq istəyirdik. Ancaq təəssüf ki, bunu bacarmadıq və “Neftçi” bizdən güclü olduğundan, növbəti mərhələyə çıxdı”.
Qeyd edək ki, “Neftçi” ilk oyunda 3:0 hesabı ilə qalib gəlib.

0
0