Mbondi geri göndərildi, “Qarabağ” heç-heçə etdi
25.07.2012 - 09:29
Mbondi geri göndərildi, “Qarabağ” heç-heçə etdi
Boluda hazırlığını davam etdirən “Qarabağ” hazırlıq dönəmində 3-cü yoxlama oyununu keçirib. Apasport.az saytının məlumatına görə, Ağdam təmsilçisi Türkiyənin “Göztəpə” klubunu sınağa çəkib.

Oyuna itkilərlə - Miro Varvodic, Vaqif Cavadov və Hacı Əhmədovsuz çıxan Qurban Qurbanovun yetirmələri heç-heçə ediblər – 0:0.

Bu arada komandada baxışda olan Krist Mbondi da geri göndərilib.