“Sumqayıt” üstünlüyünü qoruya bilmədi
25.07.2012 - 10:33
“Sumqayıt” üstünlüyünü qoruya bilmədi
2012/2013 mövsümü üçün hazırlığını Türkiyənin Nevşehir bölgəsində davam etdirən “Sumqayıt” ilk yoxlama oyununu keçirib. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, ötən mövsüm Bank Asiya 1-ci Liqasında 6-cı pilləni tutan “Ərciyəsspor”la qarşılaşma rəqibin bazasında baş tutub.

Maraqlı idman mübarizəsi şəraitində keçən görüş 2:2 hesablı bərabərliklə yekunlaşıb. Oyunda ilk qolu “Ərciyəsspor” vurub. Qarşılaşmanın 16-cı dəqiqəsində Ceyhun Sultanovun ötürməsindən sonra Pərdis Fərcad-Azad başla hesabı bərabərləşdirib.

İkinci hissəyə də sürətli başlayan “Sumqayıt” debütdəcə hesabda irəli çıxıb. Bu dəfə Ceyhun Sultanovun ötürməsini Uğur Pamuk lazımınca dəyərləndirib. İlk saatın tamamında “Ərciyəsspor" daha bir dəfə fərqlənərək oyunun hesabını rəsmiləşdirib - 2:2.

Qeyd edək ki, millimizin hücumçusu Cihan Özkara da bu qarşılaşmada forma geyinib.