Bernhard Raab: Bəzi çatışmazlıqlarımız var
25.07.2012 - 10:50
Bernhard Raab: Bəzi çatışmazlıqlarımız var
“Komandamın oyunundan razı qaldım. Hücum xətti ilə yanaşı, yarımmüdafiə və müdafiə xətti də olduqca inamlı təsir bağışladı”. Apasport.az saytının məlumatına görə, bunu “Sumqayıt” baş məşqçisi Bernhard Raab deyib.

Almaniyalı mütəxəssis Türkiyənin “Ərciyəsspor” klubu ilə 2:2 hesablı heç-heçdən sonra yoxlama oyunu barədə fikirlərini klubun rəsmi saytına açıqlayıb: “İlk hissədə Uğur Pamuk, Məhəmməd Əli Atam, Ceyhun Sultanov və Orxan Əliyev əla oyun nümayiş etdirdi. Sabir Allahquliyev və Məhəmməd Mirzəbəyov da oyuna olduqca aktiv daxil oldular. Bəzi çatışmazlıqlarımız var. Amma Premyer Liqanın startına qədər tam hazır vəziyyətə gələcəyimizə inanıram”.