Sadiqov zirvədə
25.07.2012 - 10:58
“Neftçi”nin futbolçusu Rəşad Sadiqov yeni rekorda imza atıb. Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi Çempionlar Liqasının II təsnifat mərhələsində keçirilən Gürcüstan “Zestafoni”si ilə cavab oyununda fərqlənməklə avrokuboklarda 6-cı qolunu vurub. Bununla da o, heç bir futbolçunun Azərbaycan klublarının heyətində bacarmadığına imza atıb. Belə ki, bu oyunadək 3 nəfər klublarımızda 5 qola imza atmışdı. Qollarını “Neftçi” və “Qarabağ”da vuran Rəşad artıq hər iki şərikini arxada qoyub.
Avrokuboklardakı bombardirlərimiz
Avrokuboklardakı bombardirlərimiz
| yer | futbolçular | qol |
|---|---|---|
| 1 | Rəşad Sadiqov, | 6 |
| 2-3 | Rəşad Sadıqov, Əfran İsmayılov | 5 |
| 4-7 | Vüqar Nadirov, Badri Kvaratsxeliya, Feliks Felipe Almeyda, Branimir Subaşiç | 4 |
| 8-11 | Rauf Əliyev, Zaur Ramazanov, Müşfiq Hüseynov, Georgi Adamiya | 3 |
0
0