Yubiley zəfəri
25.07.2012 - 11:49
Yubiley zəfəri
“Neftçi”nin Çempionlar Liqasının II təsnifat mərhələsini keçməsi Azərbaycan təmsilçilərinin avrokuboklarda yubiley uğuru olub. Apasport.az saytının məlumatına görə, indiyədək 19 dəfə mərhələ adlayan təmsilçilərimiz 20-ci uğura sevinib.

1994-cü ildə qitə səhnəsində debüt edən ölkəmizin 7 klubu arasında 2-ci olan “Nefçi”nin özü isə 5-ci dəfə mərhələ keçib. Yalnız “Qarabağ”dan geri qalan bakılılar bu göstəricidə özünə yaxınlaşan “İnter”dən uzaqlaşıb.

Azərbaycan klublarının avrokuboklarda keçdiyi mərhələlərin sayı

8 - “Qarabağ” – 1 (1999/2000), 2 (2009/10), 3 (2010/11), 2 (2011/12)
5 - “Neftçi” – 1 (2004/05), 1 (2005/06), 2 (2008/09), 1 (2012/13)
3 - “İnter” – 1 (2004/05), 1 (2008/09), 1 (2012/13)
1 - “Şəmkir” – 1 (2000/01)
1- “Karvan” – 1 (2006/07)
1 - “Bakı” – 1 (2009/10)
1 - “Xəzər Lənkəran” - 1 (2012/13)