“Sumqayıt”da daha bir Almaniya türkü
25.07.2012 - 12:11
“Sumqayıt”da daha bir Almaniya türkü
“Sumqayıt” klubu daha bir futbolçu transfer edib. Apasport.az saytının məlumatına görə, “Gənclik şəhəri” təmsilçisi daha bir Almaniya türkü ilə müqavilə imzalayıb. Bu, aşağı dəstə təmsilçisi “Berliner 07”dən gələn Murat Doymuşdur. 27 yaşlı mərkəz müdafiəçisi “Simqayıt”la 2 illik müqavilə imzalayıb. Berlin təmsilçisinin kapitanı olan futbolçu “Sumqayıt”dakı Almaniya türklərinin sayını artırıb. Ona qədər komandada Uğur Pamuk da çıxış edirdi.