FİFA nümayəndələri Bakıda
25.07.2012 - 14:39
FİFA nümayəndələri Bakıda
FIFA nümayəndələri Oliver Voqt və Stefan Uistuba Bakıda səfərdədirlər. Apasport.az saytının məlumatına görə, səfər proqramı çərçivəsində FIFA nümayəndələri Tofiq Bəhramov adına Respublika stadionuna və AFFA tərəfindən 8-ci km qəsəbəsində inşa olunan stadiona gedib, görülən işlərlə və infrastrukturun vəziyyəti ilə tanış olublar. FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin Yerli Təşkilat Komitəsinin sədri Elxan Məmmədov Oliver Voqt və Stefan Uistuba görüşüb və görüş zamanı çempionatın açılış oyunu ilə bağlı səmərəli müzakirələr aparılıb.

Qeyd edək ki, FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012 sentyabrın 22-dən oktyabrın 13-dək olan müddəti əhatə edəcək və turnirdə Azərbaycan yığması ilk oyununu sentyabrın 22-də, saat 20:00-da, Tofiq Bəhramov adına Respublika stadionunda Kolumbiya yığmasına qarşı keçirəcək.

Mənbə: affa.az