Anar Salmanov “Hannover”in oyununu idarə edəcək
25.07.2012 - 15:03
Anar Salmanov “Hannover”in oyununu idarə edəcək
Azərbaycanlı FİFA hakimi Anar Salmanov növbəti beynəlxalq təyinat alıb. Apasport.az saytının məlumatına görə, 32 yaşlı ədalət təmsilçisi Avroliqanın III təsnifat mərhələsinin cavab oyunları çərçivəsində "Hannover 96" (Almaniya) - "Şiroki Briyeq" (Bosniya və Herseqovina)/"Sent Patriks" (İrlandiya) cütünün qalibi arasında avqustun 9-da keçiriləcək oyunu idarə edəcək. Ona Yaşar Abbasov, Mübariz Haşımov və Əliyar Ağayev kömək edəcək. Bundesliqa təmsilçisi rəqibini gözlədiyindən, Salmanovun briqadası onun Almaniyadakı cavab matçında iş başında olacaq.
Mənbə: affa.az