Lukaş Tralka yenə “Xəzər Lənkəran”a qarşı oynamayacaq
25.07.2012 - 17:49
Lukaş Tralka yenə “Xəzər Lənkəran”a qarşı oynamayacaq
Polşanın “Lex” klubu Avroliqanın II təsnifat mərhələsində “Xəzər Lənkəran”la cavab oyununa tam gücü ilə hazırlaşır. Apasport.az saytının məlumatına görə, futbolçularının hamısının sağlam olmağı baş məşqçi Mariuş Rumakı razı salan məqamdır. Lənkərandakı matçda iştirak edən futbolçuların hamısı hazırlıq prosesinə qatılıb.

Əsas ümidlər Lukaş Tralkanın qayıdışı ilə bağlıdır ki, dayaq yarımmüdafiəçisi uzun müddətdir komandadan kənarda məşq edir. Hələ I təsnifat mərhələsində Qazaxıstanın “Jetısu” klubu ilə ilk matçda əzəlisini dartan polşalı futbolçu oyun praktikası sarıdan korluq çəkərək, trenajor zalında çalışır. Belə olan halda, Lukaş “Xəzər Lənkəran”la sabahkı ev oyununu da buraxmalı olacaq.