“Xəzər Lənkəran” mübarizəni dayandırdı
26.07.2012 - 23:49
Bu gün Avropa Liqasında II təsnifat mərhələsinin cavab oyunları keçirilib. Apasport.az saytının xəbərinə görə, təmsilçimiz “Xəzər Lənkəran” tarixində 2-ci dəfə Polşada meydana çıxıb.
“Ağ-yaşıllar” 2008-ci ildə olduğu kimi, Poznanda “Lex”in qonağı olub. Onda UEFA kubokunda cavab matçında 1:4 hesabı ilə uduzan cənublular mübarizəni dayandırmışdı ki, yeganə qolunu hazırda seleksiyaçı məşqçisi olan keçmiş hücumçu Zaur Ramazanov vurmuşdu.
İndi isə bu komandalar UEFA kubokunun adlandığı Avroliqada rəqib olublar. “Lex” yenə cavab oyununa üstün durumda çıxıb. Hər halda, səfərdə 1:1 hesablı bərabərlik onu daha şanslı edib və evdəki matçda Poznan təmsilçisi bu üstünlükdən yararlanıb. Belə ki, onların 15-ci dəqiqədə vurduqları qol matçda yeganə olub və cütün taleyini həll edib.
Beləliklə, Avroliqada 4 matçdan yalnız 1-də uduzan “Xəzər Lənkəran” Avropada çıxışını başa vurub.
“LEX” (POLŞA) – “XƏZƏR LƏNKƏRAN” (AZƏRBAYCAN) - 1:0
QOL: Tonev, 15
Baş hakim: Stanislav Todorov
Baş hakimin köməkçiləri: Georgi Slavov, İvo Kolev
Dördüncü hakim: Nikolay Yordanov (hamısı Bolqarıstan)
Poznan. Şəhər stadionu
“LEX”: 1. Jasmin Buriç, 5, Manuel Arboleda, 6, Lukasz Tralka, 14, Vojo Ubiparip, 16, Rafal Muravski (k), 18, Bartosz Slusarski, 20. Hubert Volakieviç, 24. Alexandar Tonev, 25. Luis Henriquez, 32. Mateuş Mozdzen, 35. Marçin Kaminski
Ehtiyat oyunçular: 27. Kristof Kotorovski, 3. İvan Djurdeviç, 4. Tomaş Kedziora, 7. Yakub Vilk, 8. Yaçek Kilb, 11. Gerqo Lovrençiks, 28. Bartoş Bereşinski
Baş məşqçi: Mariuş Rumak
“XƏZƏR LƏNKƏRAN”:1. Kamran Agayev, 5 Elnur Allahverdiyev, 6 Robert Alviz, 7. Sadio Tounkara, 8 . Eder Bonfim, 9. Branimir Subaşiç, 14. Rahid Amirguliyev (k), 15. Ruslan Abışov, 16, Adrian Pit, 21. Radomir Todorov, 27. Manuel Skarlatake.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 4. Akif Tağıyev, 10. Elnur Abdullayev, 11. Rendall Brenes, 18. Alim Qurbanov, 42. Kamran Abdullazadə, 81. Rikardo Qomeş
Baş məşqçi: Yunis Hüseynov
Komandalar oyun öncəsi isinmə hərəkətləri edir.
Deyəsən, matçın internet vasitəsilə canlı yayımı baş tutmayacaq. Meydan sahibləri cənubluların qarşılaşmanın yayımlanmasına etiraz edirlər. Hazırda danışıqlar gedir.
Oyunu jurnalistlərdən başqa, təxminən 30 polşalı fotomüxbir ezam olunub. Həsəd aparmağa dəyər...
Komandalar artıq meydana çıxır. Təxminən 30 min azarkeş birağızdan "Lex"in himninin oxuyurlar.
“Lex” ağ-göy, “Xəzər Lənkəran”sa yaşıl formada oynayacaq.
1 həftə öncə dünyasının dəyişən polşalı jurnalistin xatirəsinə oyun 1 dəqiqəlik sükutla başlayır.
Bu da hakimin start fiti: topa ilk zərbəni bizimkilər vurur.
Alviz meydanın mərkəzində topu əllə saxlayır.
“Lex”in hücumçusu ofsayda düşür.
Meydan sahibləri ilk dəqiqələrdən hücuma atılıb. Onlar erkən qol vurmağa çalışırlar.
Rahid komandamıza künc zərbəsi qazandırır.
Künc zərbəsi təhlükəli alındı. Subaşiçin aşırma zərbəsində azacıq dəqiqlik çatmadı.
Ruslan 2 futbolçudan sıyrılıb ötürmə verir. Amma qeyri-dəqiq.
Tonev Ederə qarşı kobud oynayır. Cərimə zərbəsi.
“Xəzər”in növbəti hücumu. Sadionun zərbəsi qapının üstündən keçir.
Qapıçı Pitin zərbəsini kornerə çıxarır.
Poznanlılar hücum qurmaqda çətinlik çəkirlər.
“Lex”in təhlükəli hücumu. Korner.
15-ci dəqiqədə künc zərbəsindən qurulan kombinasiya qolla nəticələnir. Tonev fərqlənir.
Mozdzenin cərimə meydançası xətti qarşısından zərbəsi Elnurdan qayıdır.
Pit də öz nəvbəsində qapıya zərbə vurur. Qapıçı çətinliklə topu qaytarır.
Alvizin ötürməsi Subaşiçə çatmadı.
Sadio cərimə meydanması daxilində bir futbolçunu aldadıb, Rahidə ötürmə verir. Əmirquliyevin zərbəsi müdafiəçidən qayıdır.
Hubert Ruslanı əli ilə saxlayır.
“Lex”in sol cinahdan hücumu təhlükəli alındı. Abullayev təhlükəni vaxtında sovuşdurur.
Alviz Bonfimin ötürməsini saxlamadan qapıya qeyri-dəqiq zərbə vurur.
Meydan sahiblərinin künc zərbəsi təhlükəli alındı.
İlk yarının 1/3-ü arxada qaldı. “Xəzər Lənkəran” bərabərlik qolu vura biləcəkmi?
Mozdzenin zərbəsi təhlükəli alındı.
Luis sol cinahla irəliləyib qapı qarşısına asma edir. Kamran yumruqları ilə topu uzaqlaşdırır.
Allahverdiyev zədələnib. Tibbi personal müdafiəçiyə meydanın kənardına yardım edəcək.
Vojo Ederə qarşı kobud oynayır.
Hakim ilk yarıya 1 dəqiqə əlavə edir.
Fasilə
İkinci 45 dəqiqə. “Xəzər” məğlubiyyətdən qaça biləcəkmi?
Alviz kobud oynayır.
Skarla rəqibin sol cinahdan qurduğu hücumun qarşısını ustalıqla alır.
Sadio Tralkanı kobudluqla dayandırır.
Alviz xeyli irəliyəyib qapıya zərbə vurur. Top qapıdan aralı keçdi.
Buriç Rahidin zərbəsini çətinlik çəkmədən tutur.
İlk sarı vərəqə. Manuel Subaşiçə qarşı kobudluğa görə cəzalandırılır.
Pitin cərimə zərbəsi canlı səddən qayıdır.
Kamran Tonevin zərbəsinə əla reaksiya göstərir. Ağayev topu barmaqlarının ucu ilə kornerə çıxarır.
“Xəzər”in bəxti gətirir. Vojo yaxın məsafədən “çərçivə”yə düşə bilmədi.
İlk oyunçu dəyişikliyi. Gerqo Lovrençiks Vojo Ubiparipi əvəzləyir.
Brenes də meydana çıxacaq.
Pitin zərbəsindən sonra top müdafiəçiyə dəyib kornerə çıxır.
Sadio yerini Brenesə verir.
Rahidin uzaq məsafədən zərbəsi müdafiəçiyə çarpıb, kornerə çıxır.
Eder qarşısında sarı vərəqə görür.
Rahid də rəqibə qarşı kobud oynayır.
Slusarki cərimə meydançası daxilində yıxılır. Hakim qaydanın pozulmadığını bildirir.
Slusarki sol cinahdan ötürməyə dəqiq dəqiq zərbə vura bilmədi.
Elnud Allahverdiyev qaydanı pozur. Hakim ona sarı vərəqə göstərir.
Afərin Kamran. Qapıçımız komandasını real qoldan xilas edir. O, Lovrençiksin yaxın məsafədən başla zərbəsini dəf edir.
Todorov yerini Rikardo Qomeşə verir.
Baş hakim vaxtı uzatdığına görə qapıçıya sarı vərəqə göstərir.
Matçın başa çatmasına 6 dəqiqə qalır.
Brenesin zərbəsindən sonra top müdafiəçinin əlinə dəyib kornerə çıxır. Hakim penalti göstərmək istəmir.
Bartoş Bereşinski Slusarki ilə əvəzlənir.
Bartoş Ederi keçib qapıya güclü zərbə vurur. Kamran topu kornerə çıxarır.
Rahid topu əli ilə saxladığı üçün meydandan qovulur.
İvan Djurdeviç Tralkanı əvəzləyir.

0
0