Azərbaycan – Almaniya oyununun baş hakimi “Neftçi”nin matçını idarə edəcək
25.07.2012 - 18:43
Azərbaycan – Almaniya oyununun baş hakimi “Neftçi”nin matçını idarə edəcək
“Neftçi”nin Çempionlar Liqasının III təsnifat mərhələsində İsrailin “Hapoel” klubu ilə ilk oyununu idarə edəcək hakim müəyyənləşib. Apasport.az saytının məlumatına görə, UEFA avqustun 1-də Hayfa şəhərində keçiriləcək matçın baş hakiminin irlandiyalı Alan Kelli olacağını açıqlayıb. “Kiryat Eliazer” stadionunda oyun Bakı vaxtilə saat 21:30-da başlayacaq.

Qeyd edək ki, Kelli bunadək bizim oyunu idarə edib. Bu, Azərbaycan və Almaniya yığmaları arasında 2008-ci ilin avqustun 13-də Bakıda keçirilən rəsmi matçdır. Milimizin almanlarla ilk oyunu həmin vaxt olub və 0:2 hesabı ilə uduzduğumuz matçda “Neftçi”dən kapitanı Rail Məlikov iştirak edib.