Ağayev: Penaltilər barədə fikirləşməmişəm
25.07.2012 - 23:01
“Xəzər Lənkəran” klubunun qapıçısı Kamran Ağayevin apasport.az saytının Poznana ezam olunan əməkdaşına müsahibəsi
- Komanda Polşaya əvvəlcə nəzərdə tutulan vaxtdan 1 gün gec gəldi. Bu amil hazırlığınıza hansısa problem yaratmadı ki?
- Əslində, bunu gecikmə adlandırmaq olmaz. Belə götürəndə, biz yerli iqlimə öyrəşmək üçün Polşaya 1 gün öncə gəlmək istəyirdik. Lap səfərə oyun günü çıxsaydıq belə, Poznana nə üçün gəldiyimizi yaxşı bilirik.
- Lənkəranda 1:1 hesabı ilə başa çatan qarşılaşmadan öncəki və sonrakı “Lex” sizdə hansı təəssüratlar yaradır?
- Çoxları “Lex”in əvvəlki kimi güclü olmadığını deyir. Lakin bu, yanlış fikirdir. Əvvəlkindən də güclüdür, sadəcə, “Xəzər Lənkəran” oyun baxımından artırıb. Bu səbəbdən belə fərq müşahidə olunur. Əvvəl çoxları polşalıların 4-5 qol vuracağını deyirdilər. Amma “Xəzər Lənkəran” elə aciz komanda deyil.
- Hazırda Avropanın əksər komandaları püşkatmada Azərbaycan klubları ilə düşməyi arzulayırlar. Bununla razısınız?
- Qoy arzulasınlar...
- “Lex”lə cavab matçından nə gözləyirsiz?
- Məqsədimiz bu mərhələni də keçməkdir. Lənkərandakı oyunu burada da göstərmək istəyirik. Məşqçi necə göstəriş verəcəksə, elə də çıxış edəcəyik.
- Heç qarşılaşmanın penaltilər seriyasınadək uzanacağını təsəvvür edirsiz?
- Bunu təsəvvür etmək olmur. Biz ancaq qələbə üçün son gücümüzə qədər çalışacağıq.
- Baş məşqçi Yunis Hüseynov futbolçularla əlavə vaxt, yaxud penaltilər seriyası ilə bağlı söhbət aparıbmı?
- Penaltilər seriyası bilirsiz necədir? Deyir, “Cavabını hazırla, sual olanda qaytararsan. Dayanginən qapıda, penal olanda qaytararsan”. Penltilər seriyası ola da bilər, olmaya da. Əsas odur ki, meydanda komandaya kömək edəsən.
- Son vaxtlar heç təsəvvür etmisiz ki, penaltilər seriyasında qaytardığınız zərbə həlledici ola bilər?
- Belə götürəndə, penaltilər barədə fikirləşməmişəm. Yenə deyirəm, ola da bilər, olmaya da. Bu barədə düşünməmişəm. Ümumiyyətlə, dayandığım qapıya tərəf gəlməsinlər, biz isə 1 qol vurub, Vətənə qayıdaq. Təki, qələbə olsun.
- “Xəzər Lənkəran” mərhələ adlamaq üçün ilk matçdakı hansı səhvləri təkrarlamamalıdı?
- Lənkərandakı qarşılaşmada səhvlər əsasən ötürmələrin düzgün olmamağında, ilk ötürmələrdəki xətalarla bağlı idi. Həm də tələsirdik. Çünki Lənkəranda elə ab-hava var idi ki, əvvəlki dövrlərlə müqayisədə biz futbolçulara təzyiq çox idi. Bunu fanatların hamısına şamil etmirəm. Sanki “Xəzər Lənkəran”ı istəməyənlər daha da çoxalıb. Əgər nəticə əldə etmək istəyiriksə, səhv etmək olmaz. Səhvsiz də futbolçu olmur, hamı səhv edir. Sadəcə, öz adımdan deyirəm ki, bir səhv ediriksə, 90 dəqiqəni ona görə məhv etmək olmaz. Səhvdən sonra başını aşağı salıb, yenə oynamaq lazımdır.
- “Lex”ə qarşı oynamısız. Bu komanda Azərbaycan Premyer Liqasında hansı pillələrdə qərarlaşardı?
- Rəqibi təhlil etmək fikrim yoxdu. Ancaq yaxşı komandadır. Çünki hər il avrokubokun qrupunda oynayır. İstəmirəm ki, Azərbaycan klublarını zəif göstərim, hərənin öz gücü var. Bu haqda danışmasaq yaxşıdı.
- “Xəzər Lənkəran” əzəli rəqibi “Neftçi”nin Çempionlar Liqasında mərhələ adlaması komandanıza stimul verirmi?
- “Neftçi” barədə düşünmürük, heç düşünmək belə istəmirik. Mərhələ adlaması Azərbaycan üçün yaxşıdır. Təki bütün komandalarımız mərhələ keçsinlər.

0
0