Sadio Tounkara: İlk qolu kim vursa, onun işi asan olacaq - MÜSAHİBƏ
26.07.2012 - 09:00
“Xəzər Lənkəran” klubunun yarımmüdafiəçisi Sadio Tounkaranın apasport.az saytının Poznana ezam olunan əməkdaşına müsahibəsi
- İlk olaraq, Lənkəranda “Lex”lə 1:1 hesabı ilə başa çatan matç barədə nə deyə bilərsiz?
- Birinci oyun bir qədər çətin oldu. Biz yaxşı oynadıq, sadəcə nəticə komandamızı qane etmədi. Lakin daha yaxşı nəticə qazana bilərdik.
- Bəs bu gün baş tutacaq cavab oyunu haqda nə fikirləşirsiz?
- Aydın məsələdir ki, bu, asan olmayacaq. Bizi çətin qarşılaşma gözləyir. Bunun üçün matçın əvvəlindən sonuna kimi konsentrasiya olmalıyıq. Həmçinin burada qol da vurmaq lazımdır. Çalışacağıq ki, bunu edək. Çünki bizə bu vacibdir.
- Necə fikirləşirsiz, cavab görüşündə kimin şansları daha yüksəkdir?
- Bu barədə nəsə demək çətindir. Amma görüşdə ilk qolu kim vursa, onun işi bir qədər asan olacaq.
- “Lex”in futbolçuları “Xəzər Lənkəran”ın Sadio Tounkara və Adrian Pitdən ibarət komanda olmadığını bildiriblər...
- Onların fikri ilə bağlı danışmağa sözüm yoxdur. Bir daha deyirəm ki, əsas cavab matçında qələbə qazanmaqdır.

0
0