Millimizdən qələbə
26.07.2012 - 09:39
Millimizdən qələbə
Avstriyada təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib. Apasport.az saytının məlumatına görə, “Qrazer” klubunun U-18 komandası ilə qarşılaşan yığmamız 2:0 hesabı ilə qələbə qazanıb. Avstriya təmsilçisinin qapısından topları Rəhim Sadıqov və Müslüm Zararsız keçirib.

Mənbə: affa.az