Premyer Liqamızda oynadı, “sönmüşlər” arasına düşdü
26.07.2012 - 10:55
Premyer Liqamızda oynadı, “sönmüşlər” arasına düşdü
Ukraynanın “Çernomorets” klubunun ümidləri doğrultmayan futbolçularının siyahısı açıqlanıb. Apasport.az saytının məlumatına görə, “sönmüş ulduzlar” sırasında Azərbaycanda oynamış futbolçu da yer alıb. Bu, “Bakı”nın sabiq futbolçusu Ruslan Leviqadır. Hazırda Donetsk “Olimpik”ində çıxış edən 29 yaşlı hücumçu vaxtilə ona bəslənilən ümidləri doğrultmayıb. Bu üzdən də “sönmüşlər” sırasına daxil edilib.