“Komandada stabillik yaratmaq əsas məqsədimdir” - MÜSAHİBƏ
26.07.2012 - 12:35
“Bakı”nın yeni baş məşqçisi Bojidar Bandoviç klubun televiziyasına müsahibə verib. Apasport.az saytının məlumatına görə, çernoqoriyalı mütəxəssis yeni postundakı ilk günlər və komandanı qarşısında duran vəzifələr barədə klub televiziyasına danışıb. Bandoviç Avroliqadakı uğursuzluğunu unutmaq və çempionatda yaxşı start götürmək məqsədi ilə çalışdıqlarını, komandanın hədəflərinin dəyişmədiyini deyib.
- Komandaya yeni gəlmisiniz. Adaptasiya prosesi necə keçir, bu amil çətinlik yaratmır ki?
- Hələ ki, həqiqətən də, komanda ilə az vaxt keçirmişəm. Hələlik oyunçuları tanımağa çalışıram. Uyğunlaşma ilə bağlı heç bir problem yoxdur. Biz işimizə davam edirik, məncə, heç bir problem olmamalıdır.
- Avropa Liqasından sonra komandada psixoloji gərginlik var?
- Təbii ki, biz komandanın Avroliqada belə çıxışını gözləmirdik. Amma belə olan vəziyyətdə biz gərək güclü olaq. İndi əsl gücümüzü göstərib, bu çətin vəziyyətdən çıxmalıyıq. Bu sözlər tək komandaya yox, mənə və klubda çalışan hər kəsə aiddir. İddialı olub sonra uğursuzluq yaşayanda hamı deyir ki, bu məşqçinin günahındır. Fərqi yoxdur, komanda udacaq və ya uduzacaq, mən çalışacağam ki, sabitlik olsun. Biz bunun üçün əlimizdən gələni edəcəyik. Komandada stabillik yaratmaq mənim əsas məqsədimdir.
- Yeni mövsümdə “Bakı”dan nə gözləmək olar? Qarşıya qoyulan
minimum və maksimum vəzifələr hansılardır?
- Mən əvvəlcə klubun prezidenti ilə görüşməli və bu barədə müzakirə aparmalıyıq. Hər bir məşqçi çalışır ki, komandası üçün əlindən gələni etsin. Hər məşqçinin öz üslubu var. Yalnız onu deyə bilərəm ki, çox iş görməliyik.

- İlin ən yaxşı məşqçisi seçilib - Qvardiola 3-cü olub
- Joze Mourinyo hakimlik haqda: ”Belə bir şey görməmişəm”
- Arda Turan "Beşiktaş"a keçidi ilə bağlı: “Həmişə Qalatasaray”lı olduğumu söyləmişəm”
- Duşan Tadiç: "Kişi kimi məsuliyyəti boynumuza götürməliyik"
- “Ankaragücü” baş məşqçisi ilə yollarını ayırıb
0
0