Azərbaycan yığmasından “Neftçi”yədək
26.07.2012 - 14:43
Azərbaycan yığmasından “Neftçi”yədək
“Neftçi”nin Çempionlar Liqasının III təsnifat mərhələsində İsrailin “Hapoel” klubu ilə cavab oyununu idarə edəcək litvalı Gediminas Majeyka 2-ci dəfə Azərbaycan komandasının oyununa təyinat alıb. Apasport.az saytının məlumatına görə, 34 yaşlı FİFA hakimi 2008-ci ilin sentyabrın 10-da 21 yaşlılardan ibarət yığmalar arasında keçirilən Albaniya – Azərbaycan oyununu idarə etmişdi. Həmin rəsmi matç 0:0 hesablı bərabərliklə nəticələnib.

Litvalı məhz həmin ildə FİFA hakimi adını almışdı. O, bu dəfə ölkəmizə gələrək, “Neftçi” ilə “Hapoel”in avqustun 8-də saat 21:00-da “Dalğa Arena”da başlayacaq cavab oyununda baş hakim olacaq.