Kapello yubandı və rəsmən Rusiya yığmasının baş məşqçisi oldu
26.07.2012 - 15:29
Kapello yubandı və rəsmən Rusiya yığmasının baş məşqçisi oldu
Fabio Kapellonun Rusiya millisinin yeni baş məşqçisi olmağı rəsmiləşib. Apasport.az saytının məlumatına görə, 66 yaşlı italiyalı mütəxəssislə Rusiya Futbol İttifaqı arasında rəsmi müqavilənin imzalanmağı hazırda Moskvada keçirilən mətbuat konfransında elan edilib. Əslində, jurnalistlərlə görüş Baklı vaxtı ilə saat 15:00-da başlamalı idi. Ancaq Kapello mətbuat konfransında yubandığından, tədbir 50 dəqiqə gec başlamalı olub.

Kapello bu postda Avropa çempionatından sonra gedən hollandiyalı həmkarı Dik Advokatı əvəzləyib. O, 2007-ci kimi yalnız klublarda məşqçilik edib ki, bunlar arasında “Milan”, “Yuventus”. “Roma”, “Real” kimi məşhurlar olub. Kapellonun yığmada məşqçi kimi debütü 2007-ci ildə İngiltərə yığmasına rəhbərlik edən zamanı reallaşıb. Təcrübəli mütəxəssis oradan bu ilin fevralında Con Terridən kapitanlıq alındığına görə İngiltərə Futbol Assosiasiyasına etiraz əlaməti kimi istefa verib.

Qeyd edək ki, Rusiya növbəti seçmə mərhələdə Azərbaycan millisinin rəqibidir.