“Lex” – “Xəzər Lənkəran” oyununa necə baxmaq olar?
26.07.2012 - 17:02
“Xəzər Lənkəran”ın Avroliqanın II təsnifat mərhələsinin Polşanın “Lex” klubu ilə bu gün saat 23:00-da başlayacaq cavab oyunu canlı yayımlayacaq. Apasport.az saytının məlumatına görə, Lənkəranda 1:1 hesabı ilə nəticələnən matçı birbaşa göstərən ANS Poznandakı oyunu da canlı yayımlamaq istəsə də, danışıqlar maddi məsələlər üzündən müsbət yekunlaşmayıb. Belə ki, “Lex”in telekanalımızdan istədiyi məbləğ yüksək olub. Belə olan halda, matçı internetdən - “Xəzər Lənkəran”ın rəsmi saytından canlı izləmək mümkün olacaq.
0
0