Yunis Hüseynov: Biz “Lex”dən daha yaxşı oynadıq
27.07.2012 - 00:03
“Gərgin qarşılaşma oldu. Mərhələ keçmək üçün ciddi hazırlaşmışdıq. Əfsuslar olsun ki, Lənkəranda olduğu kimi, yenə rəqibin bəxti gətirdi. Biz meydan sahiblərindən daha yaxşı oynadıq”. Apasport.az saytının xəbərinə görə, bu sözləri Avropa Liqasının II təsnifat mərhələsinin “Lex”lə cavab matçından sonra “Xəzər Lənkəran” klubunun baş məşqçisi Yunis Hüseynov deyib.
Poznandakı qarşılaşmada 0:1 hesabı ilə uduzaraq, mübarizəni dayandıran “ağ-yaşıllar”ın çalışdırıcısı oyundan sonra keçirilən mətbuat konfransında fikirlərini açıqlayıb.
“Rəqibə qarşıdakı oyunlarda uğurlar arzulayıram. Bizə bu gün 1 qol vurmaq lazım idi. Amma bunu bacarmadıq”.

0
0