“35” əldən getdi
27.07.2012 - 09:57
“35” əldən getdi
UEFA-nın 2008-13-cü illəri əhatə edən reytinq cədvəlində dəyişikliklər baş verib. Apasport.az saytının məlumatına görə, 2012/13 mövsümünün Avropa Liqasının II təsnifat mərhələsinin başa çatmasından sonra qitə futbol qurumu ölkələrin xal hesablarını dəyişib.

Son 5 mövsümü əhatə edən sıralamada Azərbaycan hesabına daha 0,125 xal əlavə edib. Bu, “İnter”in Yunanıstanda “Asteras”la heç-heçə etməsi sayəsində mümkün olub. Bununla, cari mövsüm yığılan xallarımızın sayı 1,750-yə çatıb. Bunun ən böyük hissəsi – 0,750-i “İnter”ın payına düşür. “Xəzər Lənkəran” 0,500, “Neftçi” 0,375, “Bakı” isə cəmi 0,125 xal qazanıb.
“İnter”dən reytinqimizə gələn növbəti töhfə nəinki irəliləmək, heç yerimizdə qalmağa belə kifayət etməyib. Belə ki, az əvvəl arxada qoyduğumuz İrlandiya yenidən Azərbaycandan önə keçib. Bu üzdən də yenidən 36-cı pillədən qərarlaşmışıq.

Düzdür, izləyicilər çox geridə qaldığından bu mövqeni itirəcəyimiz inandırıcı deyil. Lakin İrlandiyanı yenidən keçmək üçün “Neftçi”nin 1 heç-heçəsi yetərlidir. Lakin bu, İrlandiya təmsilçisi ilə müqayisədə artıq olmalıdır.

UEFA reytinqinin 4-cü onluğu

yerÖlkəreytinqQalib/klub
31Sloveniya8.2082/5
32Finlandiya8.2082/4
33Bosniya-Herseqovina7.5831/4
34Moldova7.541      1/4
35İrlandiya7.3751/4
36Azərbaycan7.2911/4
37Litva 6.5001/4
38Qazaxıstan5.9581/4
39Latviya5.7910/4
40İslandiya5.4160/4