“Xəzər Lənkəran” niyə uduzdu?
27.07.2012 - 10:04
Avropa Liqasının II təsnifat mərhələsində keçirilən “Lex” - “Xəzər Lənkəran” oyununun statistik göstəriciləri açıqlanıb. Apasport.az saytının məlumatına görə, qarşılaşma meydan sahiblərinin kobudluğu, qonaqların qeyri-dəqiqliyi ilə yadda qalıb. Rəqibindən 4 zərbə çox vuran “Xəzər Lənkəran” məhz 14 zərbədən heç birini qola çevirməməyin güdazına gedib.
Ən maraqlısı isə odur ki, təmsilçimiz ardıcıl 3-cü oyundur ofsayda düşmür. Estoniyada “Nomme Kalyu”, Lənkəranda “Lex”lə qarşılaşmalarda da Yunis Hüseynovun yetirmələri oyundan kənarda qalmırdı.
Ən maraqlısı isə odur ki, təmsilçimiz ardıcıl 3-cü oyundur ofsayda düşmür. Estoniyada “Nomme Kalyu”, Lənkəranda “Lex”lə qarşılaşmalarda da Yunis Hüseynovun yetirmələri oyundan kənarda qalmırdı.
| Lex | Xəzər Lənkəran | |
|---|---|---|
| 1 | Qollar | 0 |
| 5 | Qapıya zərbələr | 4 |
| 5 | Qeyri-dəqiq zərbələr | 10 |
| 10 | Zərbələr | 14 |
| 7 | Künc zərbələri | 7 |
| 1 | Oyundankənar vəziyyət | 0 |
| 23 | Qayda pozuntuları | 14 |
| 4 | Sarı vərəqələr | 5 |
| 0 | Qırmızı vərəqələr | 1 |
0
0