“Xəzər Lənkəran” ilk görüşlə müqayisədə zəif oynamadı”
27.07.2012 - 10:23
“Xəzər Lənkəran” ilk görüşlə müqayisədə zəif oynamadı”
“Cəmi 1 qolun qələbə üçün yetərli olduğuna şadıq. Bu matçda cüzi üstünlük də kifayət etdi ki, mərhələ keçək”. Apasport.az saytının məlumatına görə, bu sözləri Polşanın “Lex” klubunun futbolçusu Marçin Kaminski deyib.

O, Avropa Liqasının II təsnifat mərhələsinin “Xəzər Lənkəran”la Poznandakı cavab oyunu haqda fikirlərini açıqlayaraq, 1:0 hesablı qələbədə erkən qolun rolunu vurğulayıb: “Erkən qol matçın həlledici anı oldu. Bu, bizə qarşılaşmada istəyimizi reallaşdırmağa imkan verdi. Qolun tez vurulması ilə sakit tərzdə oynamağımız üçün şərait yarandı. Əsəb gərginliyimizin olmamağı üzündən topa nəzarət edirdik. “Xəzər Lənkəran” isə ilk görüşlə müqayisədə heç də zəif oynamadı. Sadəcə, biz Lənkərandakından daha yaxşı oyun göstərdik”.”