“Bu məktəblərin uğurla fəaliyyətində AFFA-nın çox böyük əməyi var”
01.08.2012 - 17:23
İyulun 29-dan Oğuz şəhərində Açıq Əyləncəli Futbol Məktəblərinin məşqçiləri üçün seminar keçirilir. Apasport.az saytının məlumatına görə, AFFA-nın I vitse-prezidenti, Milli Məclisin deputatı, Açıq Əyləncəli Futbol Məktəblərinin Azərbaycan üzrə rəhbəri Rauf Əliyevin affa.az saytına bu il Azərbaycanda Açıq Əyləncəli Futbol Məktəbləri 10-cu mövsümə başladığını bildirib. O, seminarda Sumqayıt, Qusar, Masallı, Yardımlı, Oğuz, Yevlax, Ağdam, Bərdə, Astara, Mingəçevir və Göyçaydan olan 120 məşqçinin iştirak etdiyini söyləyib: “Bu məşqçilər seminarda aldıqları biliklərini sentyabrda başlayacaq Açıq Əyləncəli Futbol Məktəblərinin fəaliyyətində tətbiq edəcəklər. Ümumiyyətlə, 10 məktəbin fəaliyyətində 2000 uşaq, 120 məşqçinin iştirakı nəzərdə tutulub. Bu məktəblərin müvəffəqiyyətlə fəaliyyət göstərməsində AFFA-nın çox böyük əməyi var. Buna görə Açıq Əyləncəli Futbol Məktəblərinin bütün kollektivi adından AFFA-nın rəhbərliyinə dərin minnətdarlığımızı bildiririk".
0
0