“Turan”da 9 yeni futbolçu
01.08.2012 - 18:10
Hazırlıq prosesinə gec başlayan “Turan” növbəti mövsümün startına az qalmış 9 futbolçu ilə müqavilə imzalayıb. Apasport.az saytının məlumatına görə, ötən mövsümü “Simurq”un heyətində keçirən Mikayıl Rəhimov bu dəfə Tovuz təmsilçisinin formasını geyinəcək.
Karyerası ərzində bir neçə dəfə “Turan”ın heyətində cəlb edilən Hüseyn İsgəndərov da köhnə-yeni komandasına üz tutub. Ötən mövsümü I divizionda keçirən iki futbolçu - Murad Ağakişiyev və Bayram Kərimov də baş məşqçi Əsgər Abdullayevin sərəncamında olacaq. Ağakişiyev “Karvan”dan, Bayramov isə “Qaradağ Lökbatan”dan transfer olunub. Gənc futbolçu Elhad Əhmədov da karyerasını Tovuzda davam etdirəcək.
“Turan”ın maliyyə problemləri olsa da, legionerlərə də şans verəcək. Xorvatiyalı legionerlər - qapıçı İvan Qroboveçlə yarımmüdafiəçi Antonio Rukovinanın keçidi reallaşıb. “Sioni”dən gələn müdafiəçi Levan Çxetiya ilə 1 illik müqavilə bağlanılıb. Digər gürcü futbolçu - Qoqi Pipia isə hücumçudur və onunla da münasibətlər rəsmiləşib.

0
0