“Zəif hesab ediləcək komandalardan biri bizik” - MÜSAHİBƏ
01.08.2012 - 23:04
“Turan” klubunun prezidenti Yaşar İbrahimovun apasport.az saytına müsahibəsi
- Komandanız yeni mövsümün startı ərəfəsində xeyli sayda futbolçu ilə anlaşıb. Yeni transferlərlə bağlı nə deyə bilərsiz?
- Neçə futbolçu ilə müqavilə imzaladığımızı dəqiq deyə bilməyəcəm. Çünki aralarında öz oyunçularımız da var. Kənardan da xeyli futbolçu cəlb etmişik. Müqavilə imzaladığımız futbolçulardan beşi legionerdir. Onlardan üçü xorvatiyalı, ikisi gürcüdür. Xorvatiyadan cəlb edilənlərdən biri qapıçı, biri müdafiəçi, digəri yarımmüdafiəçidir. Gürcülərə gəldikdə, sol cinah yarımmüdafiəçisi və hücumçudur. Təxminən 10-12 nəfər yerli oyunçu da komandaya cəlb edilib.
- Sahil Kərimovun “Turan”a keçidi rəsmiləşdimi?
- O, baxışda oldu. Lakin qapıçı ilə müqavilə imzalamadıq. Çünki yaşlı futbolçudur. Düzdür, xorvat qapıçımız da təcrübəli və yaşlıdır. Ancaq Kərimovu komandada saxlamadıq. Bu il “Turan”da 28 yaşdan yuxarı futbolçu götürmədik. Yalnı dediyim kimi, qapıçı və öz oyunçumuz olan Hafiz Əliyev bu kriteriyanı pozur. Qalanları gənclərdir.
- Həftəsonu Premyer Liqaya start veriləcək. Amma “Turan” fasilədə cəmi bir yoldaşlıq oyunu keçirib. Bu hardasa oyun praktikası baxımından problem yaratmayacaq?
- Baş məşqçi bu boşluğu doldurmaq üçün ikitərəfli oyunlar, eləcə də əvəzedici komanda ilə matçlar təşkil edib. Vaxtımız çox az idi. Komanda iyulun 7-8-də yığışdı. Yalnız “Göyəzən”lə oynadıq. Baş məşqçi I divizion komandaları ilə qarşılaşmağı məqsədəuyğun hesab etmədi. Çünki “Turan”ın əvəzediciləri onlardan güclüdürlər. Daha sonra Gürcüstana getməyi nəzərədə tutsaq da, vaxt azlığı buna mane oldu.
- İlk turda “Kəpəz”lə qarşılaşacaqsız. Startdan nə gözləyirsiz?
- Hamı kimi biz də hazırlaşırıq. Premyer Liqada zəif komanda yoxdur. Zəif hesab ediləcək komandalardan biri bizik. Bu gün elitadan düşməyi arzulamırıq. Amma fakt faktlığında qalır.
- “Transfer pəncərəsi” avqustun 31-də bağlanacaq ki, belədə hələ yeni oyunçu almaq imkanınız qalır. Bundan istifadə etməyi düşünürsüzmü?
- “Kəpəz”, “Sumqayıt” və “Simurq”la oyunlarda baş məşqçi həm də boşluqları müəyyənləşdirəcək. Zəif mövqeləri təsbit etdikdən sonra futbolçu cəlb edəcəyimiz istisna deyil. Bir sözlə, ilk 3 oyunda nəticə ilə bərabər, komandanın problemlərini də aşkarlayacağıq.
- “Turan”ı Premyer Liqanın autsayderi qismində görürlər. Belə olan təqdirdə komandanın elitanı tərk etməyə yaxın olduğunu söyləmək olarmı?
- Biz bütün oyunlara xal qazanmaq üçün çıxacağıq. Futbol elə oyundur ki, hər cür nəticəyə nail olmaq mümkündür. Bütün futbolçuların iki ayağı, bir başı, iki gözü var. Baş məşqçinin keçdiyi hazırlıq prosesindən, taktiki gedişlərindən də çox şey asılıdır. Ona görə də “Turan”ın oyunu ilə bu cür düşünənlərə cavab verəcəyini deyə bilərəm.
Bu gün Premyer Liqada çıxış edən digər 11 klubun heyətində 24-25 yetirməmiz çıxış edir. Bura əvəzedici komandadakı uşaqlar da aiddir. Əlbəttə, bu Tovuz futbolu üçün uğurlu göstəricidir. Hazırda heyətimizdə yeniyetmə oyunçularımız var, ahnsı ki, mövsümün sonunda onların da başqa klubların diqqət mərkəzinə düşəcəyinə əminəm. Bax, “Turan” bunun üçün var.

0
0