Cavid Hüseynov üçün Türkiyədə ilkin ödəniş
01.08.2012 - 18:41
Cavid Hüseynov üçün Türkiyədə ilkin ödəniş
Azərbaycan millisinin sabiq futbolçusu Cavid Hüseynovun çıxış etdiyi Türkiyənin “Adana Dəmirspor” klubunun prezidenti Öndər Sərin növbəti mövsümlə bağlı transfer siyasətlərini açıqlayıb. Apasport.az saytının məlumatına görə, Sərin I liqada oynayan komandasının daha bir neçə futbolçu ilə güclənməyini vacib sayır. O, konkret mövqeləri bildirib: “Əcnəbi bir mərkəz hücumçusu və müdafiəçisi axtarışımız davam etməkdədir. Bəlkə də bir orta sahə oyunçusu olmaq imkanımız var. Büdcəmizə görə hərəkət edəcəyik. Transfer çalışmalarımız davam etdi, buna qədər 21 futbolçu ilə anlaşıldı. Onların ilkin ödənişləri verildi. Hazırda komandamız Boluda təlim-məşq toplanışındadır”.

Qeyd edək ki, Adana təmsilçisinin 2 illik müqavilə bağladığı Cavid əsasən yarımmüdafiənin cinahlarında oynayır və onu daha çox çıxış etdiyi sağda oynatmaq fikrindədir.