Gili Landau: 4:0 hesablı qələbə gözləmirdim
01.08.2012 - 23:20
“Oyun çox çətin keçdi. Rəqib bura hazırlıqlı gəlmişdi. Amma onlar imkanlarından aşağı səviyyədə çıxış etdilər”. Apasport.az saytının məlumatına görə, bu sözləri İsrail “Hapoel”inin baş məşqçisi Gili Landau Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyununda “Neftçi”yə 4:0 hesabı ilə qalib gəldikləri oyundan sonra bildirib.
O deyib ki, birinci hissədə istədikləri oyunu göstərə bilməyiblər: “Fasilə futbolçulara müəyyən tapşırıqlar verdim. Buna görə də ikinci hissədə bizimkilər daha yaxşı oynamağa başladılar. Biz komanda oyunu nümayiş etdirdik. Özümüzə inam çox idi”.
Baş məşqçi etiraf edib ki, 4:0 hesablı qələbə onun üçün gözlənilməz olub.

0
0