Tərlan Əhmədov: Hələ hər şeyin sonu deyil
02.08.2012 - 01:46
“Neftçi”nin məşqçisi Tərlan Əhmədov Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk matçında İsraildə yerli “Hapoel”ə 0:4 hesablı məğlubiyyətə münasibət bildirib. Apasport.az saytının məlumatına görə, gənc mütəxəssis hesabın belə alınmasında kifayət qədər səhv etdikləri etiraf edib.
O məğlubiyyətin səbəblərini də açıqlayıb: “Belə uduzmağımıza yol yorğunluğu və müdafiə xəttinin bərbad oyunu səbəb oldu. Ancaq bu futboldur, hələ hər şeyin sonu deyil. Matça və nəticəyə görə azarkeşlərimizdən üzr istəyirəm. Çox pis oynadıq və kobud səhvlərə yol verdik. Bunun da “qarşılığını” buraxdığımız qollarda gördik”.
O, Kiryat-Şmona təmsilçisinə biabırçı məğlubiyyətdən sonra avqustun 8-də Bakıda keçiriləcək cavab oyununda sonacan mübarizə aparacaqlarını da deyib: “Böyük hesabla uduzmağımıza baxmayaraq, Bakıdakı cavab matçında son saniyəyə qədər “vuruşacağıq”.

0
0