“Neftçi”dən də zəif komanda tapıldı
02.08.2012 - 08:31
“Neftçi”dən də zəif komanda tapıldı
Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunlarına yekun vurulub. Apasport.az saytının məlumatına görə, mərhələnin 2-ci oyun günündə 12 matç baş tutub.

Azərbaycan çempionu “Neftçi”nin İsraildə Kiryat-Şmona “Hapoel”indən 4 acavbsız qol buraxdığı gün böyük hesablı nəticələrlə zəngin olub. Belə ki, 12 qarşılaşmanın 4-də fərq 3 topdan artıq olub. Lakin “Neftçi” heç də günün ən ağır məğlubiyyətini almayıb. 7 il əvvəl “Neftçi”nin də qapısına 5 cavabsız qol vuran “Anderlext” bu dəfə Litva çempionu “Ekranas”a eyni aqibəti yaşadıb. Bununla da çempionumuzu günün antirekordçusu olmaqdan xilas edib.

Çempionlar Liqası
III təsnifat mərhələsi


"Slaşk" (Polşa) - "Helsinqborq" (İsveç) – 0:3
BATE (Belarus) - "Debretsen" (Macarıstan) – 1:1
AEL (Kipr) - "Partizan" (Serbiya) – 1:0
"Hapoel" (Kiryat Şmona, İsrail) - "Neftçi" (Azərbaycan) – 4:0
"Molde" (Norveç) - "Bazel" (İsveçrə) – 0:1
"Maribor" (Sloveniya) - "Düdelanj" (Lüksemburq) – 4:1
"Şerif" (Moldova) - "Dinamo" (Zaqreb, Xorvatiya) – 0:1
“Kopenhagen” (Danimarka) – “Brügge” (Belçika) – 0:0
"Anderlext" (Belçika) - "Ekranas" (Litva) – 5:0
"Fənərbaxça" (Türkiyə) - "Vaslui" (Rumıniya) – 1:1
"Seltik" (Şotlandiya) - HİK (Finlandiya) – 2:1
CFR (Rumıniya) - "Slovan" (Çexiya) – 1:0

Qeyd edək ki, daha 2 oyun 1 gün əvvəl keçirilmişdi.

"Dinamo" (Kiyev, Ukrayna) - "Feyenoord" (Hollandiya) – 2:1
"Motervell" (Şotlandiya) - "Panatinaikos" (Yunanıstan) – 0:2