Stoyanoviç də “Simurq”da
02.08.2012 - 08:35
Stoyanoviç də “Simurq”da
"Simurq" daha bir legioner futbolçu ilə rəsmi müqavilə imzalayıb. Apasport.az saytının məlumatına görə, serbiyalı hücumçu Nenad Stoyanoviç növbəti mövsümün sonuna qədər Zaqatala təmsilçisinin heyətində forma geyinəcək. Onunla tibbi müayinədən keçdikdən sonra rəsmi müqavilə imzalanıb. 32 yaşlı futbolçu “sarı-qaralar”ın heyətində 79 nömrəli forma ilə çıxış edəcək.

Qeyd edək ki, təcrübəli hücumçu "Simurq"un Avstriyada təşkil olunmuş təlim-məşq toplanışında da iştirak edib. Artıq Zaqatalaya yola düşən Nenad sabahdan komanda ilə birlikdə məşqlərə çıxacaq.