“Neftçi”nin hər zərbəsi qol olsaydı...
02.08.2012 - 11:12
“Neftçi”nin hər zərbəsi qol olsaydı...
Çempionlar Liqasının III təsnifat mərhələsində keçirilən “Hapoel” - “Neftçi” oyunu meydan sahiblərinin üstünlüyü ilə keçib. Apasport.az saytının məlumatına görə, Azərbaycan və İsrail çempionlarının qarşılaşmasında 4:0 hesabı ilə qalib gələn Kiryat-Şmona təmsilçisi fəallığı ilə də öndə olub.

Belə ki, bakılılar matç ərzində qapıya 3 dəqiq zərbə vurub. Əgər “Neftçi”nin çərçivəyə hər zərbəsi qol olsaydı belə, təmsilçimiz məğlubiyyətdən qaçmayacaqdı.

Hapoel Neftçi
4Qollar0
7Qapıya zərbələr3
7Qeyri-dəqiq zərbələr8
14Zərbələr11
4Künc zərbələri2
3Oyundankənar vəziyyət0
11Qayda pozuntuları13
3Sarı vərəqələr1
0Qırmızı vərəqələr0