Şahin Diniyev: Günah “Neftçi”də yox, “Hapoel” klubundadı – MÜSAHİBƏ
02.08.2012 - 14:17
Azərbaycan millisinin sabiq baş məşqçisi Şahin Diniyevin apasport.az saytına müsahibəsi
- Karyeranızın əsas hissəsi İsrailə bağlı olduğundan, bu ölkənin futboluna yaxşı bələdsiniz. Bu mənada “Neftçi”nin Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyununda “Hapoel”ə 0:4 hesabı ilə uduzmağı sizin üçün gözlənilməz olmadı?
- Hələ öncədən demişdim ki, “Neftçi”ni İsraildə olduqca çətin oyun gözləyir. Çünki İsrail futbolu İspaniyaya oxşayır. Deməzdim ki, İspaniya səviyyəsindədir, ancaq ona yaxın oyun göstərir. O mənada ki, israillilər topla yaxşı davranır, topa daha çox nəzarət edirlər. “Hapoel” bunu “Neftçi” ilə matçda göstərdi. Futbolda uduzmaq da olar, udmaq da. Sadəcə, mənə ən çox təsir edən “Neftçi”nin bütün potensialını göstərə bilməməyi oldu. Bunun isə ən böyük günahkarı “Hapoel” oldu.
- Sizcə, “Neftçi” səfərdə yaxşı oyun nümayiş etdirə bilərdi?
- “Neftçi”nin heyətində yaxşı ifaçılar var. Xüsusilə, yarımmüdafiə xəttini qeyd edərdim. Ancaq “Neftçi” öz oyununu göstərə bilmədi. Futbolda da belədir ki, komanda rəqib imkan verdiyi qədər oynayır. Ancaq müdafiədə buraxılan adi səhvlər “Neftçi”yə böyük zərbə odlu. Komanda öz oyununu qura bilmədi, daha çox topsuz qaldı.
- Deməli, məğlubiyyətə əsas səbəb kimi müdafiədə buraxılan kobud səhvləri görürsünüz?
- Bilirsiniz, məğlubiyyətdən sonra danışmaq, tənqid etmək, kimisə günahlandırmaq çox asandır. Sadəcə, belə rəqibə qarşı oyunda müdafiə xəttinin güclü olmağı vacib idi. Ancaq “Neftçi” İsrail çempionu ilə matçda həmin “dəmir-betonu” qura bilmədi. Müdafiənin etibarlı oyununu görə bilmədik. Güclü rəqiblə oyunda orta sahədən çox şey asılı idi. Dediyim kimi, “Neftçi”də güclü yarımmüdafiəçilər, yaradıcı futbolçular var. Ancaq onlar üzərlərinə düşən vəzifənin öhdəsindən gələ bilmədi.
- Qapımıza son 2 qol künc zərbəsindən sonra vuruldu. Bu zaman müdafiəçilərlə yanaşı, qapıçının da səhvləri oldu. Belə səhvlər Çempionlar Liqasında çıxış edən komandaya yaraşır?
- Məğlubiyyətdən sonra günahı konkret kiminsə üzərinə atmaq asandır ki, mən bundan uzağam. Qapıçı axırıncı nöqtədir, ona qədər top itkisinin harada olmağına, buraxılan səhvlərə baxmaq lazımdır. Bunlar zəncirvari həlqələr kimi bir-birinə bağlıdır. Məsələyə başqa prizmadan baxsaq, harada xətalara yol verildiyini diqqət yetirmək lazımdır. Sonda qapıçı və müdafiəçilərin inamsız oyunu öz sözünü dedi.
- Bəs taktiki planda hansı çatışmazlıqlar, gənc həmkarınız Tərlan Əhmədovun hansı xətaları oldu?
- Oyunun taktikası düzgün qurulmuşdu. İsrail komandasına qarşı belə taktika ilə çıxıb, onu əks-hücumda tutub, uğura ümid etmək olardı. Bunu meydandakı icraçılar yerinə yetirməli idi. Ancaq onlar baş məşqçinin fikirlərini meydanda həyata keçirə bilmədilər. Sürətli əks-hücumlar qurub, ondan istifadə edə bilmədik. “Hapoel” “Neftçi”ni topsuz qoydu və futbolçularımız sonda yoruldular.
- Bizi növbəti ay start götürəcək dünya çempionatının seçmə mərhələsində İsraillə artıq milli səviyyəsində sınaq gözləyir. Belə çıxır ki, yığmaların oyununda işimiz daha çətin olacaq?
- Onda oyun sxemi eyni, sadəcə, sürət daha çox olacaq. Çünki İsrail yığmasının heyətində Avropanın aparıcı futbol ölkələrində çıxış edən oyunçular var. Bu da daha sürətli oyuna gətirib çıxaracaq.
- Belə çıxır ki, İsrail futbolunun səviyyəsinə çatmağımıza daha çox var...
- Hər şeyə real baxmaq, faktlarla qiymət vermək lazımdır. Fakt budur ki, İsrail futbolu hazırda bizdən qabaqdadır. Bunu qəbul etmək lazımdır.
- Yəqin ki, siz də 0:4-dən sonra “Neftçi”nin cavab oyununun formal olacağını düşünürsünüz...
- İstənilən halda, komandanın yanında olmaq, dəstək olmaq lazımdır. Məsələyə nəticədən çox komandanın göstərdiyi oyuna görə qiymət versək, şans çox azdır. Bu məğlubiyyətin əvəzini çıxmaq həddən artıq çətin olacaq. Futbolda mümkünsüz şey yoxdur, ancaq bu, mümkünsüzə yaxın bir şeydir. Fikrimcə, cavab oyunu Avroliqada son təsnifat mərhələsinin oyunlarına yaxşı hazırlıq üçün gözəl imkandır. Bildiyiniz kimi, “Neftçi” Çempionlar Liqasında mübarizəni dayandıracağı halda, mübarizəni Avroliqada davam etdirmək hüququ qazanacaq. Yəni hələ qrup mərhələsinə düşmək şansı var və İsrail komandası ilə Bakıdakı cavab matçında keyfiyyətli oyun göstərməyə diqqət yetirmək lazımdır.
- Son təsnifat mərhələsində rəqib daha güclü olacaq. Bu mənada qrup mərhələsinə düşmək nə dərəcədə real sayırsınız?
- Bu haqda rəqib müəyyənləşəndən sonra fikir bildirmək olar. Şans həmişə var və hər şeyin üstündən xətt çəkmək olmaz.

0
0