Fatih Kavlak: Mövsümə uğurlu start verəcəyimizə inanıram
02.08.2012 - 14:31
“Yeni mövsümə start veririk. 2012-2013 futbol ilinin maraqlı və mübarizə şəraitində keçəcəyinə inanıram”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Qəbələ”nin baş məşqçisi Fatih Kavlak klubunun rəsmi saytına açıqlamasında deyib. Növbəti mövsümün startına 2 gün qalmış fikirlərini bildirən türkiyəli çalışdırıcının sözlərinə görə, fasilə dövründə bütün klublar imkanlarını maksimum səfərbər edərək, ən yaxşı heyətlərini qurmağa çalışdılar: “Bu mövsüm iştirakçıların çox hissəsi əvvəlcə ilk “altılıq”, daha sonra isə avrokuboklara düşmək üçün mübarizə aparacaqlar. Bir çox komanda çempionluğa iddialıdır. Bu da 12 komandalıq çempionatda mübarizənin gərgin və çətin keçəcəyini göstərir. Bizim də yüksək hədəflərimiz var və bu hədəflərə uyğun transferlər edərək güclü heyət formalaşdırmışıq. Hazırlıq dövründən də maksimum yararlanmışıq”.
İlk turda avqustun 4-də “Simurq”un qonağı olacaq qəbələlilər hazırlığını doğma məkanda davam etdirərək, sabah Zaqatalaya yollanacaq. Zədəli olan gənc futbolçu Amil Yunanov “Qəbələ”yə kömək edə bilməyəcək.
Kavlak “Simurq”un yeni mövsümün ən təhlükəli komandalarından olduğunu, amma Zaqataladan uğurlu nəticə ilə dönəcəklərinə inandığını söyləyib: “Simurq” yeni mövsümün ən təhlükəli komandalarından biridir. Yoxlama oyunlarında fiziki göstəriciləri yüksək olan və rəqibə oynamaq imkanı verməyən bir komanda olduqlarını sübut ediblər. Azərbaycan çempionatında son iki mövsümdür ki, asan oyun anlayışı qalmayıb. “Simurq”la oyun da çətin olacaq. Rəqibimiz evdə mütləq qələbə qazanmaq istəyəcək. Biz də səfərdə sadəcə qələbə qazanmağı planlaşdırırıq. Zaqatalada mövsümə uğurlu start verəcəyimizə inanıram".

0
0