Yunis Hüseynov: Bu haqda hər gün yox, hər saniyə fikirləşirik
02.08.2012 - 15:42
“Yeni transferlərlə bağlı danışıqlarımız davam edir. Biz bu haqda hər gün yox, artıq hər dəqiqə, hər saniyə fikirləşirik”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Xəzər Lənkəran”ın baş məşqçisi Yunis Hüseynov deyib.
Kamran Ağayev, Rikardo Qomeş və Rendall Brenesi transferə çıxarandan sonra heyəti gücləndirməyə çalışan lənkəranlılar futbolçu axtarışındadırlar.
Hüseynovun sözlərinə görə, bu məsələ üzərində çalışırlar: “Danışıqlarımız gedir və bir legionerin keçidi həll olunmaq üzrədir. Ancaq adını, ampluasını demək istəmirəm. Çünki istədiyimiz legionerlər güclü xarici klublara keçdiklərindən, həll olunmamış ad açıqlamağı məqsədəuyğun saymıram”.
Sözsüz ki, Ağayevin gedişindən sonra “Xəzər Lənkəran”a qapıçı lazımdır ki, bu da legioner olacaq. Bu mənada Slovakiya millisinin üzvü Marian Kellonun gəlişi gündəmdədir.
Ancaq baş məşqçinin sözlərinə görə, bu legioner hazırda düşərgələrində deyil: “Biz ümumiyyətlə, əcnəbi qapıçı almağı nəzərdə tutmuşuq. Ancaq konkret həmin qapıçının transferi ilə bağlı bir şey yoxdur. Bizə bir neçə qapıçı təklif olunub və onlara baxırıq. Hələ seçimimiz etməmişik. Türkmənistanlı qapıçı baxışa gəlmişdi. Ancaq 1 gün bizimlə oldu, bəyənmədiyimizdən qaytardıq. Çətin ki, bu ölkədən başqa futbolçu bizə gəlsin”.
Hüseynov ilk turda “Rəvan”la səfər oyununa qədər yeni transferlərin olmayacağını gizlətmir. Maraqlıdır, o, qapıda Kamal Bayramova, yoxsa Orxan Sadıqlıya yer verəcəyini artıq müəyyənləşdiribmi?: “İlk turdakı oyunumuza 3 gün qalıb və öz futbolçularımızla çıxacağıq. Hansı qapıçıya şans verəcəyimə gəlincə, bunu indi deyə bilmərəm. Qapıya kimi qoyacağımı oyuna 3 saat qalmış açıqlayacağam”.
Mehman SÜLEYMANOV

0
0