“Simurq”da 3 yeni futbolçu
02.08.2012 - 15:56
"Simurq" 3 gənc futbolçunu heyətinə qatıb. Apasport.az saytının məlumatına görə, Zaqatala təmsilçisi Nicat Qurbanov, Mehman Məmmədov və Murad Səttarlı ilə rəsmi müqavilə imzalayıb. Onlar bu mövsümün sonuna qədər “sarı-qaralar”ın şərəfini qoruyacaq.
"Neftçi"dən icarə əsasında heyətə qatılan 20 yaşlı yarımmüdafiəçi Qurbanov "Simurq"da 19 nömrəli formanı geyinəcək. Xatırladaq ki, gənc futbolçu ötən mövsüm də Zaqatala təmsilçisinin uğurları üçün mübarizə aparıb.
Bu gün rəsmi müqaviləyə imza atan Səttarlı isə "Qarabağ"dan icarə əsasında transfer edilib. Ötən mövsüm "Sumqayıt"da çıxış edən gənc yarımmüdafiəçi "Simurq"da 21 nömrəli forma ilə mübarizə aparacaq.
“Sarı-qaralar”la 1 illik müqavilə imzalayan Məmmədovun isə son komandası "Kəpəz" klubu olub. O, "Simurq"un heyətində 24 nömrəli forma ilə çıxış edəcək.

0
0