Samir Abasov: Onlar nəsə etməyəndə, acı nəticə qeydə alınır - MÜSAHİBƏ
02.08.2012 - 23:02
“Sumqayıt” klubunun müdafiəçisi Samir Abasovun apasport.az saytına müsahibəsi
- Komandanız mövsümlərarası fasiləni necə keçirdi?
- Hazırlığa Sumqayıtda başladıq və əsas hissəni burada keçirdik. Yeganə problem yoldaşlıq oyunları ilə bağlı idi. Çünki rəqib tapa bilmirdik. Sonda Türkiyəyə yollanıb,3 oyun keçirdik. Bunlardan ikisi daha vacib idi. “Kayserispor”un əvəzediciləri elə də güclü deyildilər. Hazırlıq pis keçmədi. Premyer Liqaya 100 faiz olmasa da, 70 faiz hazırıq.
- Ötən il gənclərə üstünlük verən “Sumqayıt” transfer zamanı heyətə təcrübəli futbolçular da cəlb etdi. İndi heyəti yetərli hesab edirsinizmi?
- Yetərli deyəndə ki, ötən ilki ilə müqayisədə çox dəyişiklik baş verdi. Bu dəfə daha güclü futbolçular komandaya cəlb edildi. Demirəm, çempionatda ən güclülərdənik. Sadəcə, ötən illə müqayisədə gücləndiyimizi deyirəm. Əsas problem oyunçularımızın say etibarı ilə az olmadığındadır. Əvəzedicilərdən bir neçəsini əsas komandaya dəvət etmişdilər. Amma onlar da zəif təsir bağışladıqlarından, yenidən ikinci komandaya göndərildilər. Nəzərə almalıyıq ki, çempionat uzun marafondur. Bu problem yoluna qoyulsa, yaxşı komandamızın olduğunu deyə bilərəm. Çünki yeni gələnlər təcrübəli. Futbol oynamağı bacaranlardır.
- Yenilərdən kimləri fərqləndirmək olar?
- Heç biri zəif deyil. Xeyrini çempionat oyunları zamanı görəcəyik.
- Yoldaşlıq oyunlarında problemləri ortaya çıxdı. Bu gün “Sumqayıt” hansı çatışmazlıqları yoluna qoymalıdır?
- Elə yoldaşlıq oyunları da bunun üçündür. Birinci oyunda heç özümüz də bu cür çıxış edəcəyimizi gözləmirdik. Söhbət “Erciyesspor”la matçdan gedir. Yaxşı təsir bağışladıq. Onlar Bank Asiya klubları olsalar da, bizim çempionatda iddialılar kimi deyil, digər klublarla eyni gücdədirlər. Heyətimiz yeni qurulub. Əsas çatışmazlıq hücumda dəqiq oynaya bilməməyimizlə bağlı idi. İmkanlarımız olurdu, sadəcə, qol vura bilmirdik. Amma müdafiədə etibarlı çıxış edirdik. Əslində, bu çatışmazlıqlarla bağlı məşqçilər danışsalar daha yaxşı olardı. Çünki kənardan daha yaxşı görünür, problemlər.
- Şənbə günü Premyer Liqanın yeni mövsümündə ilk oyuna çıxacaqsız. AZAL-la dueldən nə gözləyirsiniz?
- Açılış oyununu evdə keçirməyimiz ürəyimizcə oldu. Ötən il startı Lənkəranda, güclü komanda ilə matçda vermişdik. Bu dəfə doğma meydanda oynayacağımızdan, həm azarkeşlər, həm də özümüz bu qarşılaşmadan çox şey gözləyirik. İstəyirik udaq, yaxşı nəticə ilə başlayaq çempionata. AZAL da yaxşı heyət qurub. Komplektləşmiş komandadır. Heyət baxımından onlardan üstün deyilik. Amma çıxıb oynayacağıq. Yeganə üstünlüyümüz oyunu öz meydanımızda keçirməyimizdir.
- Yeri gəlmişkən, azarkeşləri stadiona cəlb etmək üçün müəyyən təbirlərin keçirilməsi də planlaşdırılıb. Bu, effekt verəcəkmi?
- Tədbirlərin keçirilməsi yaxşıdır. Lakin bu 1-2 oyunda effekt verəcək. Vacib olan “Sumqayıt”in yaxşı nəticələr qazanmasıdır. Bunu etsək, azarkeşlər özləri stadiona axışacaqlar. Yoxsa uduzsaq, heç kim o biri oyunlara gəlməyəcək. Evdə 2-3 qələbə qazansaq, artıq oyunlarımıza axın olacaq.
- Ötən mövsüm heyət gənclərdən qurulduğundan, qarşıya ciddi məqsədlər qoyulmamışdı. Bəs indi vəziyyət necədir?
- Yəqin ki, çempionatın gedişində məqsəd aydınlaşacaq. Ancaq reallığı götürsək, bu gün ilk “altılıq” uğrunda mübarizə aparacaq gücdə deyilik. Çox çətin olacaq. İndidən gələcək üçün komandanı formalaşdırmağa çalışırlar. Rusiyadan, Türkiyədən gənc oyunçuları cəlb etməklə bunu reallaşdırmaq istəyirlər. İstənilən halda, mübarizə aparacağıq.
- Avrokuboklarda mübarizə aparan klublarımızın oyununu görmüsüz. Buna əsaslanıb klublarımızın gücləndiyini söyləmək olarmı?
- Avrokubok oyunları zamanı ab-hava tamam başqa cür olur. Klublarımız çempionat oyunlarına əmin çıxırlar. Amma qitəmiqyaslı yarışlarda ikinci komanda rolunda çıxış edirik. Bu gün avrokuboklarda izlədiyimiz klublarımızın çempionata iddialı gəldiklərini əminliklə deyə bilərəm. Onlarla mübarizə aparmaq iqtidarında olub-olmadığımızı deyə bilmərəm. Amma onlar bizdən güclüdürlər. Çempionatda 1-2 turdan sonra hamısı iddiasını qoyacaq. “Simurq” da yeni heyət yığıb. Tutaq ki, “Xəzər Lənkəran”ın nəyə qadir olduğunu görmüşük, amma “Qəbələ”ni yox. Halbuki, onlar da boş oturmurlar. Hamı üçün çətin olacaq.
- “Hapoel” – “Neftçi” oyununu izlədiniz?
- Əlbəttə, izləmişəm.
- Oyunla bağlı nə deyə bilərsiz?
- Yenə ənənəvi bəlamız, heç nədən qollar buraxdıq. Bilirsiz əsas səbəb nə idi? Oyun ərzində elə futbolçular var ki, onlardan çox şey gözləyirsən. Məsələn, Vobay, Flavinyo, Kanales və s. Həmin futbolçuların oyununun alınması komanda yoldaşlarında da əminlik yaradır. Onlar nəsə etməyəndə, acı nəticə qeydə alınır. Həm də nə qədər müdafiə olunmaq olar? Üstəlik, cəmi 4-5 nəfərlə bunu edirsənsə, bu cür vəziyyətdə çox nadir hallarda heç-heçə və ya minimalhesablı qələbə qazanmaq mümkündür. “Neftçi”də həmin vəziyyət yaranmışdı. Digərlərində bu alınmadı. Demirəm istəmədilər, sadəcə alınmadı.
- Cavab oyununda nəyisə dəyişmək mümkün olacaqmı?
- Əgər həmin adlarını çəkdiyim futbolçuların oyunu alınsa, maraqlı oyun izləyə biləcəyik. Hətta qələbə də qazanmaq olar. Amma 5:0 hesabı ilə yox.

0
0