“Qəbələ” millimizin futbolçusunu transferə çıxardı
02.08.2012 - 17:08
“Qəbələ” millimizin futbolçusunu transferə çıxardı
“Qəbələ” gənc futbolçusu Murad Hüseynovu transferə çıxarıb. Bu haqda apasport.az saytına məlumat verən klubun baş meneceri Zaur Əzizovu hücumçuya özünə yeni komanda tapmağı tövsiyə etdiklərini bildirib. Muradın karyerasını “Sumqayıt”da davam etdirəcəyi gözlənilir. Ancaq Əzizovun bu məsələ hələ rəsmiləşmədiyini bildirib: “Futbolçu klubla danışıb, keçidini həll edəcək. Biz tərəfdən problem olmayacaq. Əsas heyətdən kənarda qalan futbolçunun başqa klubda oyun praktikasını qazanmaq istərdik. Sadəcə, Hüseynovun bizimlə 1 illik müqaviləsi var və bizə onun transferi, yaxud icarəsi ilə bağlı rəsmi müraciət olmayıb”.

Qeyd edək ki, “Qəbələ”nin 2011-ci ilin qışında transfer etdiyi Murad milli komandamıza cəlb olunaraq, qol hesabını Almaniya yığmasına evdə 1:3 hesabı ilə uduzduğumuz matçda açıb. Ancaq ötən mövsüm daha çox ehtiyatda qalan hücumçu artıq millimizə də çağırılmır.