“Volqa” daha bir azərbaycanlı futbolçunu alır
02.08.2012 - 17:43
“Volqa” daha bir azərbaycanlı futbolçunu alır
Moskva “Spartak”ı Azərbaycan yığmasına namizəd olan futbolçusu Emin Mahmudovu yenidən icarəyə verir. Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisinin ispaniyalı baş məşqçisi Unai Emeri yarımmüdafiənin mərkəzində yüksək rəqabət olduğundan, orada yer alan 20 yaşlı soydaşımızın başqa komandada oyun praktikası qazanmağını istəyir.

Eminə artıq “Volqa” klubu maraq göstərib. Baş məşqçi Hacı Hacıyev hələ “Anji”ni çalışdırdığı vaxtda Mahmudovu sərəncamında görmək istəyib. “Volqa” ötən il azərbaycanlı hücumçu Vaqif Cavadovu transfer etmişdi.

Mahmudovun növbəti mövsümü Avropa klublarının birində başlamaq variantı da mövcuddur. “Spartak” Emini ötən mövsüm sonunda digər Premyer Liqa təmsilçisi “Tom”a icarəyə vermişdi.

Qeyd edək ki, AFFA-nın rəsmi təklif irəli sürdüyü Emin Rusiya yığmasında oynasa da, millimizdə çıxış etmək şansı var.