“Qalatasaray”da oynamaq üçün məvacibinin azalmağına razılıq verdi
02.08.2012 - 18:23
“Qalatasaray”da oynamaq üçün məvacibinin azalmağına razılıq verdi
“Qalatasaray” azarkeşləri Braziliya yığmasının üzvü olan futbolçusu Felipe Melonun transferi ilə bağlı xoş xəbər alıb. Apasport.az saytının İtaliya mətbuatına istinadən məlumatına görə, “Cim Bom” təcrübəli yarımmüdafiəçini müqavilə ilə məxsus olduğu “Yuventus”dan birdəfəlik alaraq, keçidinə son qoyub. Melo yaxın günlərdə İstanbul klubu ilə şəxsi müqaviləsini imzalayacaq.

O, “Qalatasaray”a birdəfəlik transferi üçün məvacibinin əhəmiyyətli dərəcədə azalmağına razı olub. Komandanın uzun fasilədən sonra ötən mövsüm qazandığı ölkə çempionluğunda böyük əməyi olan Felipe icarə əsasında oynayıb.