Kamran Ağayev “Neftçi”də?
02.08.2012 - 23:22
Kamran Ağayev “Neftçi”də?
“Xəzər Lənkəran”ın transferə çıxardığı Kamran Ağayev karyerasını paytaxtda davam etdirə bilər. Apasport.az saytının xəbərinə görə, millimizin qapıçısı “ağ-yaşıllar”ın əzəli rəqibi “Neftçi”yə keçə bilər.

Paytaxt klubu Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyununda İsraildə “Hapoel”ə biabırçı məğlubiyyətdən (0:4) sonra müdafiəçilər Rail Məlikov və İqor Mitreski ilə yanaşı, qapıçı Rauf Mehdiyevi komandadan qovub. Bu səbəbdən “çərçivə qoruyucusu” axtaran “Neftçi” Ağayevin transferində maraqlı ola bilər.